Lənbəlidə iki qardaşı güllələyərək öldürən şəxs saxlanılıb
Bugün
503
Kriminal
A
Lənbəlidə iki qardaşı güllələyərək öldürən şəxs saxlanılıb

Saqaroca bələdiyyəsinin Lənbəli kəndində iki qardaşı qətlə yetirən şəxs saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin (DİN) məlumat verib.

"Aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari il noyabrın 5-də Saqaroco bələdiyyəsinin kəndlərindən birində əvvəllər mövcud olmuş münaqişə zəminində odlu silahdan dəfələrlə atəş açaraq iki nəfəri yaralayıb və hadisə yerindən qaçıb.

Məlumata görə, aldıqları xəsarətlər nəticəsində hər iki kişi həyatını itirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxsi hadisənin isti izləri ilə saxlayıblar. Polis cinayətin törədildiyi silahı maddi sübut kimi götürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur" , - qeyd edilib.

ŞƏRH YAZ
0