Politoloq Bidzina İvanişvilinin İsrail səfiri ilə görüşünü belə şərh etdi
Bugün
457
Siyasət
A
Politoloq Bidzina İvanişvilinin İsrail səfiri ilə görüşünü belə şərh etdi

"Yəhudi icması hər zaman daha çox Demokratları dəstəkləyib. Bidzina bunu haradansa eşidib və bu qarışıqlıqda nəsə etməyə çalışır. Bir sözlə, çox çətin vəziyyətdədir, pis gündədir, ona yalnız təəssüf edə bilərəm".

Aktual.ge xəbər verir ki, politoloq Qia Xuxaşvili “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili ilə İsrailin Gürcüstandakı səfiri Valid Abu Hayanın görüşünü belə şərh edib.

Ekspert “PalitraNews” telekanalının efirində Bidzina İvanişvili “yəhudi lobbisi vasitəsilə ABŞ-la münasibətləri yoluna qoymağa çalışır” deyib.

“Hakimiyyət bütün ümidlərini Trampa bağlamışdı. Lakin Tramp hazırda siyasi baxımdan xeyli zəifləmiş vəziyyətdədir. Buna görə də hakimiyyət artıq əvvəlki illüziyalarla yaşaya bilməz. Bidzinanın ümidi bu idi ki, Tramp deyəcək: Bidzina alçaqdır, amma bizim alçağımızdır. Bütün siyasətləri Trampa bu sözləri dedirtmək və bununla da ABŞ-la münasibətləri qaydaya salmaq üzərində qurulmuşdu.

Məndə belə bir məlumat var idi ki, Kobaxidze ABŞ-da olarkən Kuşnerin vasitəsilə Trampla əlaqə yaratmağa çalışırdılar. Bu məqsədlə gürcü yəhudilərinin vasitəçiliyindən də istifadə etməyə cəhd göstərirdilər. Söhbət 'Tramp Tower'in reallaşmamış layihəsini başlatmağa çalışdıqları həmin şəxslərdən gedir. İndi həmin gürcü developerlər, yəqin ki, başlarını divara vururlar.

Bidzina indi, ola bilsin, hansı imkanlardan istifadə edə biləcəyini, nə etməli olduğunu düşünür. Nəyisə dəyişməlidir. Artıq bütün ümidləri 100 faiz Trampla bağlamaq mümkün deyil. Mən demirəm ki, Tramp artıq yoxdur, amma o, siyasi baxımdan ciddi şəkildə məhdudlaşdırılacaq. Trampın Bidzina haqqında 'bizim alçağımızdır' deməsinə artıq heç kim nail ola bilməyəcək. Bu, faktdır”, – deyə Qia Xuxaşvili söyləyib.

Məlumat üçün bildirək ki, noyabrın 6-da “Gürcü Arzusu” partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvili İsrailin Gürcüstandakı səfiri Valid Abu Haya ilə görüşüb.

“Gürcü Arzusu”nun məlumatına görə, partiyanın mərkəzi ofisində keçirilən görüşdə tərəflər iki ölkə arasında sıx əməkdaşlığı və bu istiqamətdə müxtəlif sahələrdə müşahidə olunan müsbət dinamikanı müzakirə ediblər.

ŞƏRH YAZ
1