Nazir canlı yayımda açıqladı: Yüksək vəzifəli amerikalılar Tbilisiyə gələcək
30.04.2026 11:03
355
Siyasət
A
Nazir canlı yayımda açıqladı: Yüksək vəzifəli amerikalılar Tbilisiyə gələcək

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ABŞ Dövlət Departamentinin nümayəndələrinin may ayında Tbilisiyə səfər edəcəklərini açıqlayıb.

Aktual.ge xəbər verir ki, nazir bu barədə "Birinci Kanal"ın verilişində danışıb.

Onun sözlərinə görə, ABŞ tərəfi ilə son dövrlərdə intensiv məsləhətləşmələr aparılıb və artıq konkret addımlar müşahidə olunur. Səfər çərçivəsində amerikalı nümayəndələrin yalnız Xarici İşlər Nazirliyi ilə deyil, həm də Gürcüstan hökumətinin müxtəlif strukturları ilə görüşləri planlaşdırılır.

Diplomat qeyd edib ki, son aylarda Vaşinqton və Tbilisi arasında qarşılıqlı səfərlər, eləcə də yüksək səviyyəli telefon danışığı baş tutub və bu, münasibətlərdə irəliləyişin göstəricisidir.

Onun sözlərinə görə, may ayında keçiriləcək görüşlər məsləhətləşmələrin ilkin mərhələsinin davamı kimi qiymətləndirilə bilər.

Nazir əlavə edib ki, ABŞ ilə münasibətlərin bərpası istiqamətində yüksək səviyyədə siyasi iradə mövcuddur və gündəlik kommunikasiya davam edir.

"Strateji əməkdaşlığın yenidən başlanması ehtimalı var. Bu prosesin uğuru həm Gürcüstanın, həm də ABŞ-nin münasibətləri hansı səviyyədə inkişaf etdirmək istəyindən asılıdır. İndiyə qədərki təmaslar göstərir ki, bu istək mövcuddur və biz daha müsbət dinamika gözləyirik", - deyə Maka Boçorişvili vurğulayıb.

ŞƏRH YAZ
0