Marneulidə Elmar Sadiqov üçün qan aksiyası elan edildi
20.11.2025 00:49
1099
Sağlamlıq
A
Marneulidə Elmar Sadiqov üçün qan aksiyası elan edildi

29 yaşlı Marneuli bələdiyyəsinin Algeti kənd sakini, qan xərçəngindən əziyyət çəkən Elmar Sadiqovun müalicəsi üçün lazım olan məbləğin toplanmasına dəstək məqsədilə 21 noyabr tarixində Marneulidə yerləşən Sultan Kafedə qan aksiyası keçiriləcək. 

Səhər saat 10:00-dan axşam 19:00-dək davam edəcək aksiyada toplanan vəsait Elmar Sadiqovun müalicəsinə yönləndiriləcək.

Qeyd edək ki, Elmar Sadiqovun müalicəsi Türkiyədə aparılacaq və həkimlər bunun üçün 107 min dollar tələb edirlər. Ayrıca yardım etmək istəyənlər ekranda göstərilən bank hesabına yardım köçürə bilər:

Sakartvelo bank hesabı: 28001110283 (E.S)
TBC Bank hesabı: 28001110953 (E.V)
Əlaqə nömrəsi: +995 558 42 12 32 (Elmar)

ŞƏRH YAZ
0