Baş nazir Azərbaycan-Ermənistan müharibəsindən qorxunc məqamlarını açıqladı  -
07.10.2020 15:02
628
Siyasət
A
Baş nazir Azərbaycan-Ermənistan müharibəsindən qorxunc məqamlarını açıqladı - "Gürcüstan üçün riskdir"
“Gürcüstan, Ermənistanla Azərbaycan arasındakı qarşıdurmanın və münaqişənin yalnız danışıqlar yolu ilə həll olunmasında maraqlıdır”. Aktual.ge xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri Giorgi Qaxaria jurnalistlərin ona ünvanlanladığı, Azərbaycan-Ermənistan müharibəsinin tərəflərinə edilən Tbilisidə dialoq təklifinə hər hansı bir cavab alıb almadıqları sualını cavablandırarkən söyləyib. Hökumət başçısının sözlərinə görə, Ermənistan-Azərbaycan dialoqu üçün Tbilisidə görüş təklifinə cavab gəldiyi anda Gürcüstan bu görüşə ev sahibliyi etməyə və sülhə töhfə verməyə hər zaman hazırdır. “Qonşuluğumuzda davam edən müharibə Gürcüstan üçün böyük bir riskdir. Əlbəttə təklifimizə cavab alsaq da almasaq da bacarıqlarımızı, əlimizdən gələni edəcəyik ki, sülhün bərqərar olmasına töhfə verək. Hamımız başa düşürük ki, bölgədə davam edən müharibədən danışarkən həm erməni, həm də azərbaycanlı vətəndaşlarımız olduğunu nəzərə almalıyıq. Gürcüstan bölgəmizdəki hər hansı bir qeyri-müəyyənliyin və münaqişənin yalnız danışıqlar yolu ilə həll olunmasında birbaşa maraqlıdır. Bunun üçün əlimizdən gələni edəcəyik", - deyə Baş nazir bildirib. Məlumat üçün bildirək ki, Gürcüstan hökuməti Ermənistan-Azərbaycan dialoqu üçün tərəflərə Tbilisidə görüşməyi təklif edib.
ŞƏRH YAZ
0