Gürcüstanda bir neçə cinayət törədən şəxs Bakıda saxlanılıb
Gürcüstan vətəndaşı Bakı şəhərində oğurluq etdiyinə görə saxlanılıb.
Aktual.ge Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumat da, bildirilib ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində yerləşən ərzaq mağazalarından birindən oğurluq etməkdə şübhəli bilinən Samir İsmayılov saxlanılıb.
Azərbaycan DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, həmin şəxs Gürcüstan Respublikasında müxtəlif cinayətlər etməkdə şübhəli bilindiyi üçün həmin ölkənin hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır.
Qeyd edilən faktlarla bağlı S.İsmayılov barəsində araşdırmalar davam etdirilir.