ŞOK - İvanişvilinin ailə üzvlərinin Rus passportu var? - Nazirdən sərt açıqlama
"Bidzina İvanişvilinin ailə üzvlərinin Rusiya pasportlarına sahib olduqları barədə yayılan məlumatlar "Saxta Xəbərlər"dir ".
Aktual.ge xəbər verir ki, bunu Səhiyyə naziri Ekaterine Tikaradze yerli mediyada yayılmış xəbərlərə münasibət bildirərkən söyləyib.
Onun sözlərinə görə, bu cür "saxta xəbərlərin" yayılması Bidzina İvanişvilinin ailəsi üçün əlavə mənfilik yaratmağı hədəfləyir.
"Son günlərdə telekanallarımızda o qədər "saxta xəbər" yayımlandı ki, cənab Bidzina İvanişvilinin ailəsinə qarşı əhalinin etibarını itirmək, təcavüzə səbəb olmaq üçün əlavə mənfilik yaratmağa xidmət edən bir hekayədir. Ölkəmizin geriləməsi ilə birbaşa mütənasibdir. Bilirsiniz ki, biz Gürcüstanın Avropa inkişafının, demokratik inkişafının tərəfdarıyıq. Əslində biz bu cür "saxta xəbərləri" qınayırıq və rəqiblərimizə qarşı bu cür metodlardan istifadə etmirik",-dedi E.Tikaradze.