Rustavidə 374 min dollarlıq dələduzluqda ittiham olunan şirkət direktoru saxlanılıb
12.05.2026 11:18
531
Siyasət
A
Rustavidə 374 min dollarlıq dələduzluqda ittiham olunan şirkət direktoru saxlanılıb

Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları dələduzluq ittihamı ilə bir nəfəri saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.

Qurumun məlumatına görə, aparılan istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs xaricdən 43 avtomobilin gətirilməsi müqabilində xarici ölkə vətəndaşı tərəfindən ödənilmiş 374 000 ABŞ dollarını dələduzluq yolu ilə mənimsəyib və öhdəliyini yerinə yetirməyib.

Polis həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində dələduzluq ittihamı ilə avtomobil satışı ilə məşğul olan şirkətin direktorunu saxlayıb.

Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi ilə aparılır. Bu maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

ŞƏRH YAZ
0