Daha 2 Türkiyə vətəndaşı saxlanılıb - VİDEO
08.05.2026 11:52
453
Kriminal
A
Daha 2 Türkiyə vətəndaşı saxlanılıb - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Mərkəzi Cinayət Polisi Departamentinin Acara Baş İdarəsinin əməkdaşları, İnterpolun "qırmızı bülleten"i ilə axtarışda olan Türkiyə Respublikasının iki vətəndaşını saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayıb.

Qurumun məlumatına görə, saxlanılan şəxslər Türkiyə və Qazaxıstan Respublikalarının hüquq-mühafizə orqanlarının tələbi əsasında, müxtəlif ağır cinayətlərə görə İnterpol xətti ilə beynəlxalq axtarışda olublar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirdikləri istintaq tədbirləri nəticəsində axtarışda olan şəxsləri müxtəlif vaxtlarda Ozurgeti və Batumi şəhərlərində yaxalayıblar.

"Hazırda saxlanılan şəxslər barəsində qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları davam edir," — deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, ötən gün, 7 may tarixində isə DİN-in Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları sağlamlığa qəsdən yüngül xəsarət yetirmək ittihamı ilə Türkiyə Respublikası vətəndaşı, 1982-ci il təvəllüdlü M.İ.-ni saxlayıblar.

ŞƏRH YAZ
4